Naxçıvan Muxtar Respublikası ərazisində cəmiyyət üçün aktual olan mövzular üzrə məlumatlandırma və maarifləndirmə tədbirləri davam etdirilir.
Şərur rayon İcra Hakimiyyətində “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı iştirak edərək mövzu ilə bağlı çıxış edib. Çıxış zamanı narkomaniyanın cəmiyyətə yaratdığı təhlükələr, onun qarşısının alınmasında maarifləndirmə işinin əhəmiyyəti, sağlam həyat tərzinin təşviqi və gənclərin zərərli vərdişlərdən qorunmasının vacibliyi barədə məlumat verilib.
Tədbirdə narkomaniya ilə mübarizənin uzunmüddətli və davamlı proses olduğu vurğulanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.